Şəki rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Gundem.az Report-a istinadən xəbər verir ki, hadisə noyabrın 20-də Şəki rayonunun Qudula kəndi ərazisində qeydə alınıb.
Belə ki, “Mersedes” markalı avtomobilin sürücüsü Təbriz Vəliyevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi aşıb. Hadisə zamanı xəsarət alan, avtomobildə olan sərnişin, 1985-ci il təvəllüdlü Zamir İsmayılov bu gün gecə saatlarında xəstəxanada ölüb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.