RU

Bütün həkimlərə identifikasiya kodu verilsin – Təklif

Azərbaycanda saxta sənədlə əməliyyatlar edən həkimləri ifşa edən Amerikada yaşayan jurnalist Qənirə Ataşova Azərbaycanda həkimlərin fəaliyyətinin daha şəffaf və nəzarət olunan bir sistemdə olmasını təmin etmək üçün Səhiyyə Nazirliyi və TƏBİB üçün təklif irəli sürüb.

Tribunainfo.az xəbər verir ki, jurnalist bildirib ki, həkimlərə vahid identifikasiya kodu verilməlidir:

“Bu kod hər bir həkimin tibb təhsilini bitirdikdən sonra, ixtisaslaşma prosesindən keçəndən və ya xaricdə təhsilini təsdiq etdirəndən sonra formalaşdırılmalıdır. Bu kodlar “Asan Xidmət” kimi etibarlı və əlçatan bir sistemdə qeydiyyata alınmalı və ümumi bir şəbəkə vasitəsilə ictimaiyyət üçün açıq olmalıdır. Bu sistem vasitəsilə xəstələr həkimlərin adını daxil edərək onların, təhsil səviyyəsini, təcrübəsini və pasiyentlərin rəylərini görə bilərlər.
Belə bir bazalı yanaşma həm pasiyentlərin doğru həkimi seçməsinə kömək edər, həm də tibbi sahədə şəffaflığı artıraraq peşəkar olmayan fəaliyyətlərin qarşısını alar. “Asan Xidmət” kimi bir sistemi quran Azərbaycan üçün bu çox sadə bir işdir”.

Nigar

Избранный
24
tribunainfo.az

1Источники