RU

İsrail MN Hizbullahla əlaqəli onlarla təşkilata qarşı sanksiya TƏTBİQ ETDİ

İsrail Müdafiə Nazirliyi Hizbullahla əlaqəli onlarla təşkilata qarşı sanksiya tətbiq edib.

İnterpress.az xəbər verir ki, bu barədə “Ynet” məlumat yayıb.

İsrailin müdafiə naziri Katz təhlükəsizlik qüvvələrinin qruplaşmaya qarşı apardığı iqtisadi kampaniya çərçivəsində Hizbullahla əlaqəsi olan onlarla təşkilata sanksiya tətbiq etdiyini bildirib.

Katz həmçinin Hizbullaha məxsus Əl-Kərç əl-Həsən dərnəyinin 24 əsas müştərisinə sanksiya tətbiq edib.

Bu müştərilər Hizbullahın fəaliyyətini, o cümlədən silahların alınması, kreditlərin verilməsi və təşkilatın döyüşçülərinə maaşların ödənilməsi daxil olmaqla, birbaşa maliyyələşdirən dərnəyə əhəmiyyətli məbləğdə töhfələr veriblər.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
28
interpress.az

1Источники