RU

Acundan haqqında və şirkətləri ilə aparılan araşdırmaya reaksiya

Türkiyəli iş adamı Acun Ilıcalı və sahib olduğu “TV8” telekanalı, “Exxen” rəqəmsal platformasının səlahiyyətli şəxslərinə qarşı “qanunsuz mərc və reklamı təşviq etmək” iddiası ilə istintaq başladılıb.

OLAY yazır ki, Acun baş verənlərlə bağlı açıqlama verib. 

Acun bildirib ki, mərc reklamların onun və rəhbərlik etdiyi telekanalları ilə heç bir əlaqəsi yoxdur: 

“Xaricdə oynanılan matçların reklam lövhələrinin satışı ev sahibi ölkənin federasiyasına məxsusdur. “TV8”in bu məsələ ilə bağlı heç bir əlaqəsi yoxdur. Necə ki, Türkiyədə oynanılan milli oyunların reklam lövhələrinin satışı Türkiyə Futbol Federasiyasına aiddir, Monteneqro-Türkiyə matçının reklam lövhələrinin satışı da Monteneqro Futbol Federasiyası tərəfindən həyata keçirilib. “TV8”in bu tərəflərin heç biri ilə əlaqəsi yoxdur”.

Избранный
8
olay.az

1Источники