RU

"İqlim dəyişmələri gender əsaslı bərabərsizlikləri dərinləşdirir" — Muxtar Babayev

Bu gün COP29-un gender bərabərliyinə həsr olunmuş tematik günüdür. Bu gün gender bərabərliyinin təkcə fundamental insan hüququ deyil, həm də effektiv və ədalətli iqlim fəaliyyətinin təməl daşı olduğunu qlobal arenada xatırladır. Bildiyimiz kimi, iqlim dəyişikliyinin təsirləri neytral deyil. Onlar mövcud bərabərsizlikləri, o cümlədən gender əsaslı bərabərsizlikləri dərinləşdirir. Qadınlar və qızlar xüsusilə həssasdırlar.

Demokrat.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri, COP29-un Prezidenti Muxtar Babayev COP29 çərçivəsində keçirilən “Şəffaflıqda gender” mövzusunda yüksəksəviyyəli tədbirdə çıxışı zamanı deyib.

Избранный
2
2
demokrat.az

2Источники