Modern Construction Group QSC (VÖEN: 1300144301) nizamnamə kapitalını azaldır.
FED.az xəbər verir ki, QSC izamnamə kapitalının 3 milyon 040 min 712 manata azaldığını elan edir.
Şirkətin buna qədər nizamnamə kapitalı 4 milyon 679 min manat idi. Bu da nizamnamə kapitalının 1 milyon 638 min 288 min manat və ya 35% azaldılması deməkdir.
Qeyd edək ki, Modern Construction Group QSC 3 may 2002-ci ildə dövlət qeydiyyatına alınıb, qanuni təmsilçisi Arif quliyev Aftandil oğludur. Hüquqi ünvanı. AZ1052, Bakı Şəhəri Nərimanov Rayonu, Əhməd Rəcəbli , ev.25 B, m.5-ci mərtəbə ünvanıdır.