RU

Altı yaşlı Mahirin yaşaması üçün sizin köməyinizə ehtiyacı var

Altı yaşlı Mahir Səlimzadə qaraciyər çatışmazlığından əziyyət çəkir.

hakimiyyet.az-la əlaqə saxlayan Mahirin anası Hicran Məmmədova hazırda Beyləqanda yaşadıqlarını və müalicəni qarşılaya bilmədiklərini vurğulayıb.

O qeyd edib ki, Mahir bir müddət Bakıda müalicə alsa da, sonradan maddi sıxıntılar ucbatından rayona qayıdıblar:

"Yardımsevər insanların köməyi ilə oğlum bir neçə dəfə müalicə aldı. Onda yaşıdları kimi gülə, qaça, oynaya bilirdi. Daha sonra ona lazım olan dərmanları ala bilmədik və Mahirin vəziyyəti günü-gündən pisləşdi. Burnundan tez-tez qan açılır. O, həm də epilepsiyadan əziyyət çəkir. Əvvəl müalicə alanda altını islatmırdı, amma indi özündən asılı olmadan altını isladır. Mahir bundan çox utanır. Övladımın bir aylıq müalicəsi üçün 800 manata ehtiyacımız var. O, uzunmüddətli müalicədə olmalıdır. Əks halda övladımı itirə bilərəm. İmkanlı şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm".

Ailə ilə əlaqə: (050) 624-89-96.

Beynəlxalq Bank: 4127 2093 0509 2923.

Altı yaşlı Mahirin yaşaması üçün sizin köməyinizə ehtiyacı var

Altı yaşlı Mahirin yaşaması üçün sizin köməyinizə ehtiyacı var

Избранный
29
1
hakimiyyet.az

2Источники