RU

DSMF-nin büdcəsinin layihəsi ilə əlaqədar əsas tövsiyələri məlum olub

Hesablama Palatasının 2025-ci il üçün Dövlət sosial müdafiə fondunun (DSMF) büdcəsinin layihəsi ilə əlaqədar əsas tövsiyələri məlum olub.

FED.az xəbər verir ki, Hesablama Palatası təqdim edilmiş sənəd və məlumatları, müvafiq hesabatları təhlil edərək müəyyənləşdirdiyi nəticələrə əsaslanaraq aşağıdakıları tövsiyə edib:

- "Büdcə sistemi haqqında" Azərbaycan Respublikası qanunda və müvafiq hüquqi akitlarda büdcədənkənar dövlət fondlarının büdcələrinin strukturu, eləcə də qanunlarla təsdiq olunan göstəricilərə dair tələblərin müəyyən olunması;

- "Büdcə sistemi haqqında" qanunda büdcədənkənar dövlət fondlarının büdcələrinə dair qanun layihələri ilə birgə təqdim olunan izahatlarda əsas makrogöstəricilərin və demoqrafik vəziyyətin davranış meylləri, bu göstəricilərin büdcə parametrləri lə qarşılıqlı təsiri, sığorta sisteminin əhatə dairəsi və bu sistemə daxil olacaq və çıxacaq vətəndaşların sayı, dövlət sosial müdafiə fonduna münasibətdə pensiyaçıların növlər üzrə sayı və dəyişməsi, işləyən və işləməyən pensiyaçılar üzrə bölgüsü, proqnoz ilində və sonrakı bir neçə il üzrə nəzərdə tutulmuş islahatlar və bu islahatların maliyyə yükü, dövlət öhdəliyi hesab edilən istiqamətlər və aparılmış hesablamalar, investisiya fəaliyyətini xarakterizə edən göstəricilər və orta müddətli dövrdə bu sahə ilə bağlı siyasətin çərçivələri barədə məlumatların, eyni zamanda, müasir dövrdə aktuallığı diqqətə alınaraq büdcədənkənar dövlət fondlarının maliyyə dayanıqlılığına təsir göstərən risk amilləri barədə hesablamalar və məlumatların əks etdirilməsinə dair tələblərin müəyyən olunması;

- Zəruri tənzimləmələrin həyata keçirilməsi ilə icbari dövlət şəxsi sığorta üzrə vəsaitlərin fondun büdcəsinin gəlir və xərclərində əks etdirilməsi;

Zəruri tənzimləmələrin həyata keçirilməsi ilə investisiya fəaliyyətini əhatə edən göstəricilərin Layihədə büdcənin müvafiq parametrlərinə əlavə olunması;

- Dövlət sosial müdafiə fondunun gəlir və xərclərinin funksional və iqtisadi təsnifatının paraqraflar səviyyəsində tam əks olunmasının təmin olunması istiqamətində fəaliyyətin davam etdirilməsi;

- "Büdcə sistemi haqqında" qanunla müəyyən edilmiş hesabat formalarının müəyyənləşdirilməsi və müvafiq qaydada təsdiqi ilə bağlı zəruri addımların atılması;

- Gəlir və xərc potensialı diqqətə alınmaqla fondun büdcəsinin tərtibi prinsiplərinə yenidən baxılması;

- Məcburi dövlət sosial sığorta haqları üzrə proqnoz göstəricisi ilə icra arasında real uzlaşmanın təmin edilməsi məqsədilə göstəricilərin müəyyənləşdirilməsində vahid yanaşmanı nəzərdə tutan metodologiyanın hazırlanması;

- Fondun maliyyə resurslarının məqsədyönlü istifadəsinin təmin olunması məqsədilə qeyri-büdcə sektoru üzrə gəlirlərin proqnozlaşdırılması zamanı gəlir potensialının təsiredici meyllər nəzərə alınmaqla daha optimal səviyyədə qiymətləndirilməsi;

- Dövlət öhdəliyinə aid edilməli xərclərin istiqamətlərinin və bu öhdəliklərin dəyərinin tam dəqiqləşdirilməsi və məcburi dövlət sosial sığorta haqları hesabına maliyyələşdirilməsinin məhdudlaşdırılması;

- Dövlət Vergi Xidməti, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası (AHİK) və Fond tərəfindən təqdim edilmiş hesabat məlumatları arasındakı uyğunsuzluğu, bu fərqin proqnoz göstəricilərinin müəyyənləşdirilməsinə də təsirini nəzərə alaraq, vahid hesabatlılıq sisteminin yaradılması;

- Zəruri tənzimləmələr həyata keçirilməklə DOST Agentliyinin fəaliyyətinin müştərək maliyyələşdirilməsinə yönəldilən məbləğin idarəetmə xərclərində nəzərə alınması,

- Pensiya və müavinətlər üzrə bank əməliyyatlarının aparılması və sair xidmət haqqı xərclərinin idarəetmə xərclərinin tərkib hissəsi olduğunu diqqətə alaraq həmin xərclərdə nəzərə alınması.

Избранный
6
3
fed.az

4Источники