RU

ABB-nin on minlərlə müştərisiYAŞAT Fonduna ianə etdi

Bakı. Trend:

ABB-nin “Faydalı keşbek” loyallıq proqramı üzrə 1-15 noyabrtarixləri arasında elan etdiyi kampaniya böyük maraqla qarşılanıb.Bankın kampaniya çərçivəsində təklif etdiyi “Zəfər paketi”ni 54 770müştəri seçib.

Bank onların qazandıqları keşbek məbləği qədər vəsaiti YAŞATFonduna ianə edib. Yəni, həm qazandıqları keşbek məbləğimüştərilərin kart hesablarında qalıb, həm də ABB öz hesabına buqədər məbləği YAŞAT Fonduna ianə olaraq köçürüb.

İanələr 1 – 15 noyabr tarixləri arasında yığılmış keşbeklər üzrəhəyata keçirilib. Bir nəfər üçün maksimum ianə məbləği 10 manatolub.

Qeyd edək ki, YAŞAT Fondu 2020-ci ilin dekabrında yaradılıb.Fondun məqsədi Azərbaycan Respublikasının ərazi bütövlüyününmüdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinintəminatına dəstəkdir. YAŞAT Fondu yeni yaradılarkən ABB Fonda ilkianə göstərən kommersiya qurumlarından olub. Bank YAŞAT Fonduna 1milyon manat məbləğində ianə edib.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədəməlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən,həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Məqalədə:
Избранный
11
12
az.trend.az

10Источники