RU

Qırğızıstanda MTDK rəhbərinə sui-qəsd hazırlayan şəxs saxlanılıb

Qırğızıstanda Bosteri kəndinə nəzarət edən, kriminal aləmdə “Rus Koen” kimi tanınan, vaxtilə məşhur kriminal avtoritet Kamçı Asanbekin rəhbərlik etdiyi mütəşəkkil cinayətkar qruplaşmanın fəal üzvü Ruslan Bekboyeviç Duyşeyev saxlanılıb.

Musavat.com yerli mediaya istinadla xəbər verir ki, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin mətbuat xidməti məlumat yayıb.

MTDK-nin məlumatında bildirilir ki, 1983-cü il təvəllüdlü Duyşeyev İssıkkul rayonunun Bosteri kəndindəndir, kriminal aləmdə Rus Koen və ya Ruslan Bosterinski kimi tanınır.

O, mütəşəkkil cinayətkar dəstənin lideri Kamçı Asanbek və ona bağlı şəxslər tərəfindən cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması (yuyulması) ilə bağlı aparılan cinayət işi çərçivəsində saxlanılıb.

Milli Təhlükəsizlik Dövlət Komitəsi Ruslan Duyşeyevin Asanbekin yaxın adamlarından biri olduğunu və Bosteriyə rəhbərlik etdiyini qeyd edib. Əvvəllər o, quldurluq və qətl kimi ağır və xüsusilə ağır cinayətlərə görə dəfələrlə məhkum olunub.

“Həmçinin, mövcud məlumata görə, R.Duyşeyev axtarışda olarkən Qırğızıstan Respublikası Milli Təhlükəsizlik Dövlət Komitəsinin rəhbərliyinə sui-qəsd təşkil etmək planı hazırlayıb”, - deyə idarədən əlavə ediblər.

İstintaq-əməliyyat tədbirlərinin nəticələrinə əsasən, mütəşəkkil cinayətkar qrup yaratmaq və onun tərkibində iştirak etməkdə təqsirləndirilən R.Duyşeyev Qırğızıstan Respublikası Milli Təhlükəsizlik Dövlət Komitəsinin istintaq təcridxanasına yerləşdirilib.

Bildirilir ki, hazırda K.Asanbekin mütəşəkkil cinayətkar dəstəsinin istintaq orqanlarından gizlənən digər fəal üzvlərinin müəyyən edilərək tutulması istiqamətində axtarışlar davam etdirilir.

Musavat.com

Избранный
12
musavat.com

1Источники