RU

COP29-un on birinci günü: Mavi Zona tədbirləri başladı

Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) on birinci günündə Mavi Zonada müxtəlif yerli və beynəlxalq təşkilatların tədbirlərinə start verilib.

7News.Az Oxu.az-a istinadən xəbər verir ki, İqlim-təbiət əlaqəsinin əsasını təşkil edən Yerli Xalqlar və Yerli İcmaların (IPLCs) ənənəvi bilikləri üzrə yüksəksəviyyəli dəyirmi masa təşkil olunub.

Paralel olaraq "İqlim üçün su: Su həllərinin MDM-lərə və MUP-lara inteqrasiyası, biomüxtəliflik, su və iqlim zənciri" yüksəksəviyyəli dəyirmi masada müzakirə olunur.

Qadın və gender məsələlərinə dair gündəlik koordinasiya görüşləri keçirilir.

Kiçik Ada Dövlətləri Alyansının (AOSIS) sədri COP29 danışıqlarının vəziyyəti haqqında açıqlama verir:
 
Həmçinin, İqlim Dəyişikliyi üzrə Beynəlxalq Yerli Xalqların Forumu keçirilir.

"EarthSavers" Hərəkatı (ESM) DİM-lər üzrə sülh və iqlim "ResiliART" olimpiadaları barədə məlumat açıqlayır
Избранный
6
2
7news.az

10Источники