RU

BMT Baş katibinin köməkçisi Azərbaycan hökumətini TƏBRİK ETDİ

BMT Baş katibinin köməkçisi, BMT İnkişaf Proqramının (UNDP) Siyasət və Proqrama Dəstək Bürosunun direktoru Markos Neto Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına (UNFCC) öz milli adaptasiya planını təqdim etməsi münasibətilə Azərbaycan hökumətini təbrik edib.

Bizim.Media xəbər verir ki, bu barədə o, COP29 çərçivəsində “Qafqaz dağları və ətrafı üçün dayanıqlıq tədbirləri: milli adaptasiya planları (MAP) və regional yanaşmalar” mövzusunda keçirilən tədbirdə çıxış edərkən danışıb.

Onun sözlərinə görə, bu nailiyyətə UNDP dəstək verib.

Markos Neto Azərbaycanla UNDP arasında mövcud sıx əməkdaşlığın iqlim dəyişikliklərinə uyğunlaşma və karbon emissiyalarının azaldılması istiqamətində mühüm əhəmiyyət daşıdığını qeyd edib.

Bizim.Media

Избранный
25
bizim.media

1Источники