RU

Pentaqon: ABŞ-nin Strateji Çəkindirmə Qüvvələri döyüşə hazırdır

ABŞ Müdafiə Nazirliyinin Strateji Komandanlığının (STRATCOM) nümayəndəsi kontr-admiral Tomas Byukenan bildirib ki, ABŞ çəkindirmə strategiyasının bir hissəsi kimi Rusiya, Çin və KXDR ilə “real və məzmunlu dialoq aparmalıdır”. O, həmçinin ABŞ-nin Strateji Çətindirmə Qüvvələrinin döyüşə hazır vəziyyətə gətirildiyini bildirib. Məlumatı “Kommersant” yayıb. 

“Biz həmişə söhbət etməyə hazır olmalıyıq, çünki bunun böyük bir hissəsi insanları ortaq dəyərləri müzakirə etmək üçün masaya gətirir. Heç kim nüvə müharibəsi istəmir, elə deyilmi?” – o bildirib.

Byukenan həm də ABŞ nüvə qüvvələrinin ölkədə hakimiyyətin yeni seçilmiş prezident Donald Trampın administrasiyasına təhvil verilməsinə hazır olduğunu da qeyd edib: “Sualtı qayıqlar su üzünə çıxmağa davam edir, qitələrarası ballistik raketlər hazır vəziyyətdə qalmaqdadır, bombardmançılar texniki xidmət göstərməyə davam edir”.

Noyabrın 19-da Rusiya prezidenti Vladimir Putin yenilənmiş nüvə doktrinasını təsdiq edən fərman imzalayıb. 

P.ƏMİRCANOV
XQ

Избранный
25
xalqqazeti.az

1Источники