RU

"İqlimin su sistemlərinə təsiri Azərbaycanda da ciddi hiss olunur"

İqlim dəyişikliyinin su sistemlərinə təsirləri Azərbaycanda da ciddi şəkildə hiss olunur.

"Cebheinfo.az" xəbər verir ki, bunu COP29 çərçivəsində keçirilən "İqlim, Təbiət və İnsanlar üçün Su Həyat Xəttinin Təbliği" yüksək səviyyəli açılış tədbirində çıxışı zamanı COP29 prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib.

O bildirib ki, su təkcə iqlim dəyişikliyinin qurbanı deyil, həm də mühüm bir həll yoludur. Su keyfiyyətin azalmasından və qida təhlükəsizliyindən tutmuş sağlamlıq, gender bərabərliyi və biomüxtəlifliyin qorunmasına qədər bir çox üstünlüklərin əldə olunmasının mərkəzindədir. Su olmadan, davamlı inkişaf mümkün deyil.

“Tarixən, su qlobal iqlim danışıqlarının diqqət mərkəzindən kənarda qalmışdır. Son illərdə suyun vacibliyini vurğulamaq üçün səylər göstərilmişdir, lakin suyun çox tərəfli proseslər daxilində tam inteqrasiyası üçün daha çox iş görülməlidir. Biz iqlim dəyişikliyi, bioterrorizm, biomüxtəlifliyin itirilməsi, çirklənmə və səhralaşma ilə əlaqəli planetar krizini həll etməyə davam etdikcə, su məsələsi kəsişən məsələ kimi qəbul olunmalıdır. İntegrasiya qlobal siyasətin bütün aspektlərində vacibdir. Bu səbəbdən, bu il iqlim üçün su fəaliyyətini prioritetləşdirilib”, - Muxtar Babayev əlavə edib.

"Cebheinfo.az"

Избранный
12
4
cebheinfo.az

5Источники