Mourinyo ulduz futbolçunun transferinə veto qoydu - FOTO
"Fənərbaxça" transfer cəhdlərini və fasilədə heyətini gücləndirmək üçün axtarışlarını davam etdirir.Manset.az bu barədə türk mətbuatına istinadən xəbər verir. "Sarı-göylülər"in "Barselona"nın gənc futbolçusu Ansu Fati ilə maraqlandığı iddia edilirdi. Məlumata görə, "Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo Fatinin transferinə veto qoyub. Portuqaliyalı məşqçinin Fatinin tez-tez zədələnməsi və "Barselona "da stabil imic nümayiş etdirə bilməməsi səbəbindən transferdən vaz keçdiyi bildirilib. Bazar dəyəri 15 milyon avro olan 22 yaşlı futbolçu bu mövsüm 7 matçda meydana çıxıb və ümumilikdə 158 dəqiqə meydanda qalıb.