RU

İcra başçısı şəhidin məzarını ziyarət edib - FOTOLAR

Noyabrın 21-də Vətən müharibəsi şəhidi Fərəcov Əflatun Mircahangir  oğlunun anım günüdür.

"Unikal" xəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, icra aparatının rəsmi şəxsləri, hüquq mühafizə orqanlarının rəhbərləri, yerli ictimaiyyətin nümayəndələri və şəhid ailəsinin üzvləri Vətən müharibəsi şəhidi Fərəcov Əflatun Mircahangir oğlunun Osakücə kənd qəbristanlığındakı məzarını ziyarət ediblər, məzarı önünə gül dəstələri düzüblər, xatirəsini ehtiramla anıblar, ruhuna dualar ediblər. İcra başçısı Taleh Qaraşov şəhidin ailə üzvləri ilə söhbət edib, qayğı və problemləri ilə yaxından maraqlanıb.

Şəhid ailəsinin üzvləri də öz növbəsində göstərilən diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
          
 

Избранный
26
8
unikal.az

10Источники