RU

Ən hündür və ən qısa qadınlar bir arada - Görüşdən GÖRÜNTÜLƏR

Dünyanın ən hündür və ən qısa boylu qadınları bir araya gəliblər.

 

Modern.az-ın məlumatına görə, onlar Londonda Ginnesin Rekordlar Gününü qeyd ediblər.

 

Dünyanın ən hündür qadını - Türkiyədən olan 27 yaşlı proqramçı Rumeysa Gelgi ən qısa boylu qadını 30 yaşlı hind aktrisası Jyoti Amge ilə "The Savoy" hotelində görüşüblər.

 

Görüş zamanı onlar həyat təcrübələrini bölüşüblər. “Hündürlük fərqimizə görə bəzən göz təması qurmaq bizim üçün çətin olsa da, görüş əla idi", - Gelgi görüşdən sonra deyib.

 

Qeyd edək ki, Gelgi 215,16 sm boyu ilə dünyanın ən uzun qadını kimi Ginnesin Rekordlar Kitabına (GWR) düşüb, Amgenin boyunun uzunluğu isə vəmi 62,8 smdir. 

 

 

Избранный
65
19
modern.az

10Источники