RU

“Ukrayna həmişə dünyanın siyasi xəritəsində olacaq” - Zelenski

“Ukrayna azadlığı və müstəqilliyini qorumaq istəyi sayəsində həmişə dünyanın siyasi xəritəsində olacaq”.

Missiya.Az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski özünün “Facebook” sosial media hesabında yazıb.

“Biz Ukrayna üçün azadlığın əsl qiymətini xatırlayırıq. Və biz müxtəlif dövrlərdə Ukrayna uğrunda döyüşmüş və xalqımız üçün ləyaqət nümunəsi olmuş bütün insanları unutmuruq”, - deyə siyasətçi vurğulayıb.

Zelenski qeyd edib ki, xalqımızın Ukrayna üçün azadlıq və müstəqilliyi qorumaq istəyi sayəsində dövlətimiz həmişə dünyanın siyasi xəritəsində azad və suveren olacaq.

Xatırladaq ki, noyabrın 21-i Ukraynada Ləyaqət və Azadlıq Günü kimi qeyd olunur.

Daşqın HəsənovMissiya.Az

Избранный
6
missiya.az

1Источники