RU

BMT nümayəndəsi: İqlim dəyişikliyi qadınlara və azyaşlı qızlara çox ciddi təsir göstərir

"2050-ci ildə 236 milyon qadın ərzaq çatışmazlığı ilə üzləşəcək, 158 milyon qadın isə yoxsulluq şəraitində yaşamağa məcbur olacaq".

APA-nın xəbərinə görə, bunu COP29 çərçivəsində bugünkü mətbuat konfransında BMT-də Qadınların Səlahiyyətləndirilməsi üzrə məsul şəxs Jemimah Njuki bildirib.

O əlavə edib ki, gender məsələsinə ədalətli yanaşma təmin olunmadan iqlim dəyişikliyi ilə bağlı hər hansı nəticə əldə etmək mümkün deyil:

"İqlim dəyişikliyiy həssas təbəqəyə aid olan fərdlərə, qadınlara və azyaşlı qızlara çox ciddi təsir göstərir. Bu aktual problem qadınlara qarşı zorakılıq cinayətlərinin, eləcə də erkən nikahların sayının artmasına gətirib çıxarır. 2050-ci ilə qədər 236 milyon qadın ərzaq çatışmazlığı ilə üzləşəcək, 158 milyon qadın isə yoxsulluq şəraitində yaşamağa məcbur olacaq. Bu, çox dəhşətli statistikadır. Digər təfəfdən biz hər gün təbiətin mühafizəsi sahəsində qadınların rolunun artdığını görürük. Onlar mümkün olduqca daha çox diqqəti bu məsələyə yönəltməyə çalışsa da, lakin onların əlində iqlim dəyişikliyi ilə mübarizə üçün effektiv alətlər yoxdur. Belə bir həssas vəziyyətdə tərəflərin iqlim maliyyəsi sahəsində irəliləyişə nail olması çox vacibdir. 2022-ci ildə gender bərabərliyi sahəsinə cəmi 20 milyard dollar maliyyə vəsaitinin cəlb edilib. Biz ayrılacaq pulun böyük hissəsinin həssas təbəqədən olan xalqlara, həmin xalqların yaşadığı ölkələrdəki qeyri-hökumət təşkilatları və ictimai sektorun nümayəndələrinö yönləndirilməsinə çalışmalıyıq. İqlim maliyyələşməsinin təmin olunması zamanı gender faktorları mütləq şəkildə nəzərə alınmalıdır".

Избранный
31
apa.az

1Источники