“Qəbələ” milli komandaların oyunları ilə əlaqədar fasilə dövründə hazırlığını davam etdirir.
Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, I Liqanın VII turunun MOİK-lə matçının (3:0) ardından bir həftəlik istirahətə buraxılan komanda bir araya gəldikdən sonra məşqlərini Qəbələ şəhər stadionunda gerçəkləşdirir.
“Qırmızı-qaralar” hazırlıq çərçivəsində yoxlama görüşündə qüvvəsini sınayacaq. Kaxaber Tsxadadzenin baş məşqçisi olduğu komanda “Zaqatala” ilə görüşəcək.
Qəbələ şəhər stadionunda baş tutacaq oyun saat 15:00-da başlayacaq.