RU

Həmin cinayətin istintaqı ilə bağlı yekun qərar

Xəbər verdiyimiz kimi, 15 il öncə Türkiyədə 17 yaşlı sevgilisi Münəvvər Qarabuludu xüsusi amansızlıqla qətlə yetirən Cem Qəriboğlunun məzarının açılması ilə bağlı istintaq tamamlanıb.

“Qafqazinfo”nun Türkiyə mediasına istinadən məlumatına görə, Silivri Cümhuriyyət Baş Prokurorluğu məzardakı cəsədin Cem Qaripoğluya aid olmasını təsdiqləyib. Bununla da istintaqla bağlı bütün icraatın dayandırılmasına qərar verilib.

Xatırladaq ki, sevgilisinin Bağçaşəhərdəki villasında baltalanan M. Qarabuludun doğranmış meyiti 2009-cu il martın 3-ü Etilər səmtində zibil konteynerindən tapılıb.

2011-ci ilin noyabrında məhkəmə C. Qəriboğlunun 24 il müddətə azadlıqdan məhrum edilməsi ilə bağlı hökm çıxarıb. Qəriboğlu 3 il sonra Silivri 5 saylı cəzaçəkmə müəssisəsində intihar edib.

Məlumat üçün deyək ki, sözügedən cinayət illər öncə Türkiyə gündəmini zəbt edib. Belə ki, 20 yaşlı Cem Qəriboğlu ölkənin tanınan ailələrindən birinin övladı olub.


Избранный
9
2
qafqazinfo.az

3Источники