RU

Amerika səfirinin Azərbaycan və Ermənistanla bağlı iddiasına CAVAB

Nazirlik bu məsələ ilə bağlı təmasların yalnız iki ölkənin ictimai təşkilatları arasında aparıldığına aydınlıq gətirib.

Ermənistan Xarici İşlər Nazirliyi transsərhəd su ehtiyatlarının idarə edilməsində Azərbaycanla əməkdaşlıq iddialarını təkzib edib. Bu şərh ABŞ-nin Bakıdakı səfiri Mark Libbinin açıqlamaları ilə bağlı “Sputnik Ermənistan”-ın sorğusuna cavab olaraq verilib.

“Cebheinfo.az” xəbər verir ki, amerikalı diplomat daha əvvəl Ermənistan və Azərbaycan mütəxəssisləri transsərhəd çayların ehtiyatlarının idarə olunmasının kompleks sxeminin yaradılması üzərində birgə işlədiklərini deyib. Lakin Ermənistan Xarici İşlər Nazirliyi bu məlumatı təkzib edib.

“Bu sahədə Ermənistanla Azərbaycan arasında rəsmi əlaqə yoxdur. Bu mövzu ilə bağlı təmaslar iki ölkənin ictimai təşkilatları arasında qarşılıqlı fəaliyyətlə məhdudlaşıb”, - nazirlikdən bildirilib.

Xarici İşlər Nazirliyi onu da vurğulayıb ki, Ermənistan beynəlxalq hüquqa, o cümlədən ekoloji konvensiyalara uyğun olaraq öz öhdəliklərini vicdanla və konstruktiv şəkildə yerinə yetirən tərəfdaşlarla su ehtiyatlarının idarə edilməsində fəal əməkdaşlıq edir. Bu ölkələr arasında Gürcüstan, İran və Türkiyə də olub.

Избранный
42
cebheinfo.az

1Источники