Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələri bu ali təhsil ocağında 3 aydır təqaüdlərin verilmədiyini bildirib.
Olke.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə paylaşım edilib.
Məsələ ilə bağlı ali təhsil ocağının mətbuat katibi Sevinc İsgəndərova problemin yalnız birinci kursları əhatə etdiyini deyib. O, artıq təqaüdlərin köçürüldüyünü bildirib.
"Təqaüdlərin 3 aydır ödənilməməsi doğru deyil. Dərslər sentyabrın 15-də başlayıb. 15 gün o aydan və bir də oktyabr ayında birinci kursların təqaüdləri verilməmişdi. Səbəb isə onlar üçün "TələbəPlus" kartlarının hazırlanması ilə bağlı idi. Noyabr ayının təqaüdləri isə ayın sonu olmadığından hələ heç kimə verilməyib. Birinci kursların 1.5 aylıq təqaüdləri isə artıq 2-3 gün əvvəl - kartlar hazır olan kimi köçürülüb", - deyə o əlavə edib.