ABŞ-ın Kaliforniya ştatında 87 ali təhsil müəssisəsində müsəlman tələbələrin təxminən 49 faizi təqib və ayrı-seçkiliyə məruz qalır.
Amerika-İslam Münasibətləri Şurasının Kaliforniya Şöbəsi (CAIR-CA) tərəfindən nəşr olunan "2024 Kampuslarda Vəziyyət Hesabatı" adlı araşdırmada əyalətdəki universitetlərdə baş verən İslamofobiya hadisələri araşdırılıb. Hesabatda 2023-2024-cü tədris ili üçün sorğuda iştirak edən 720 müsəlman tələbənin ayrı-seçkilik üzləşdiyi ifadə edilib.
Hesabata görə, müsəlman tələbələrin 37 faizi dini kimliklərinə görə professor və ya təlimatçıların, 53 faizi isə ali məktəbdə digər tələbələrin hədəfində olduqlarını qeyd ediblər.
Respondentlərin 92 faizi 7 oktyabr 2023-cü il tarixindən sonra təqib və ayrı-seçkiliyə daha çox məruz qaldıqlarını bildirib. Ayrı-seçkiliklə üzləşən tələbələrin 47 faizi narahatlıqlarını məktəb rəhbərliyinə bildirməkdən çəkindiklərini, 36 faizi isə kampusda fikirlərini ifadə etməkdən narahat olduqlarını bildiriblər.
CAIR-CA səlahiyyətliləri, Kaliforniyada 30 il ərzində ən çox ayrı-seçkiliyin bu dövrdə olmasına diqqət çəkiblər.
Məlumat üçün onu da bildirək ki, sorğuda iştirak edənlərin 79 faizi 18-24 yaş arasında olan respondentlər olub.
Vüsal Cahanov, “İki sahil”