RU

Cemima Ndzyuki: Gender bərabərliyi iqlim ədalətinin açarıdır

Gender bərabərliyi iqlim ədalətinin açarıdır.

“Far.Az” xəbər verir ki, bunu “UN Women”in iqtisadi hüquq və imkanların genişləndirilməsi şöbəsinin rəhbəri Cemima Ndzuki COP29 çərçivəsində keçirilən mətbuat konfransında bildirib.

"Gender bərabərliyi və iqlim dəyişikliyi bir-biri ilə sıx bağlıdır. Gender ədaləti olmadan iqlim ədalətinə nail ola bilmərik", - C.Ndzuki qeyd edib.

Onun sözlərinə görə, iqlim dəyişikliyi həmçinin gender əsaslı zorakılıq hallarının artmasına səbəb olur.

"Bir çox ailələrin aclıq çəkməsi və ərzağa ehtiyac duyması ilə əlaqədar gənc qızlar arasında erkən və məcburi nikahların sayı artır. Apardığımız təhlil göstərir ki, ən pis ssenaridə 2050-ci ilə qədər 236 milyon qadın və qız qida çatışmazlığı ilə üzləşəcək, 158 milyon qadın və qız isə yoxsulluq həddinə düşəcək. Bu, qəbuledilməzdir", - şöbə rəhbəri bildirib.

C.Ndzuki vurğulayıb ki, maliyyə vəsaiti gender bərabərsizliyinin aradan qaldırılmasına və dayanıqlı gələcəyin qurulması istiqamətində fəaliyyət göstərən ictimai təşkilatların dəstəklənməsinə yönəldilməlidir.

"Biz həmçinin maliyyə vəsaitlərinin planetimizin yaşayış üçün yararlı vəziyyətdə saxlanılması üzərində hər gün işləyən ictimai təşkilatlara, qadınlara, yerli xalqlara, feminist hərəkatlarına və gənclər təşkilatlarına çatmasına nəzarət etməliyik", - o əlavə edib.

Избранный
19
1
far.az

2Источники