RU

UEFA İsveç – Azərbaycan oyununda hakim səhvini etiraf edib

UEFA Millətlər Liqasının C Divizionunun 1-ci qrupunda İsveç və Azərbaycan yığmaları arasında keçirilmiş VI tur oyununda (6:0) VAR hakimlərinin nəticəyə təsir edən səhvə yol verdiklərini etiraf edib.

İlk hissənin əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə meydan sahibi komandanın hücumçusu Aleksander İsakın vurduğu qolun ofsayd səbəbindən qeydə alınmamasının yanlış qərar olduğu təsdiqlənib.

UEFA-nın həmin epizodla bağlı açıqlamasında ofsayd xəttinin düzgün çəkilmədiyi və bunun videoköməkçi hakimin səhvi olduğu bildirilib.

Qeyd edək ki, oyundan sonra Aleksandr İsak da qərarın doğru olmadığını vurğulamışdı.

Избранный
8
10
azpost.info

10Источники