RU

Ermənistan XİN ABŞ səfirinin açıqlamasını niyə təkzib etdi? ŞƏRH

"ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbinin COP29-da çıxışı zamanı Azərbaycan və Ermənistanın hidroloq və mühəndislərinin bölgədə sərhəd çaylarının su ehtiyatlarının vahid idarəetmə sxeminin yaradılması istiqamətində birgə işi barədə məlumat verməsindən dərhal sonra Ermənistan Xarici İşlər Nazirliyi bunu təkzib edib. Ermənistan XİN sərhədyanı su ehtiyatlarının idarə edilməsində Ermənistanla Azərbaycan arasında rəsmi əməkdaşlığın olmadığını bildirib".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, Ermənistan XİN-in açıqlamasındakı sonrakı cümlə təmasların etirafına işarədir: “Bu mövzuda təmaslar yalnız iki ölkənin qeyri-hökumət təşkilatları səviyyəsində olub”. Görünür, ABŞ səfiri çıxışında məhz bu təmasları nəzərdə tutub. O deməyib ki, su ehtiyatlarının birgə idarə olunması mövzusunda iki ölkənin rəsmiləri danışıqlar aparırlar. Səfirin sözlərinə görə, Vaşinqton təmasları dəstəkləyir. Bəs niyə Ermənistan XİN tərəfdaşı olan ölkənin səfirinin sözlərini dərhal təkzib etmək istəyib? Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlayarkən, bölgənin ekologiyasına böyük zərər vurub. İndinin özündə Ermənistan Araz çayını çirkləndirir və rəsmi Bakı bu məsələni beynəlxalq təşkilatlar qarşısında qaldırır. Ermənistandakı müəssisələr və mədənlər çirkli sularını və tullantılarını Araz çayına axıdırlar. Ona görə də bu problem də iki ölkə arasında müzakirə predmeti olmalıdır. Rəsmi İrəvan bilir ki, ətraf mühitin çirklənməsində məsuliyyəti var. Bu səbəbdən rəsmi danışıqlardan yayınmağa çalışır".

Məğrur,

Sitat.info

Избранный
30
8
sitat.info

9Источники