Türkiyədə azərbaycanlı qadın güllələnərək qətlə yetirilib.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə ötən gün, noyabrın 20-də Sakarya vilayətinin Adapazarı rayonunda baş verib.
Belə ki, 45 yaşlı Türkiyə vətəndaşı A.A. (ad-soyad şərtidir – red.) əvvəllər sevgi münasibətində olduğu 32 yaşlı azərbaycanlı qadını – Şəlalə Mirzəlini güllələyib. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Cinayətkar hadisə yerindən qaçsa da, qısa müddətdə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Mətbuat yazır ki, bir uşaq anası olan Şəlalə Mirzəli həyat yoldaşından təxminən 8 ay əvvəl boşanıb və 3 aydır ki, A.A. ilə sevgi münasibəti olub. Evli olduğu bildirilən A.A. hadisəni bir müddət əvvəl yaşadıqları mübahisə zəminində törətdiyini deyib.