Türkiyənin "Fənərbağça" klubunun ulduz futbolçusu Duşan Tadiçin gələcəyi ilə bağlı qərarı bəlli olub.
"Cebheinfo.az" xəbər verir ki, 36 yaşlı futbolçu klubda qalmağa qərar verib. İstanbul təmsilçisi serbiyalı ulduza 2 illik yeni müqavilə təklif edib. O, müqaviləyə əsasən illik 4 milyon avro maaş alacaq. Futbolçu ilə ilkin razılıq əldə olunub. Qeyd edək ki, Niderlandın "Ayaks" və Səudiyyə Ərəbistanının 2 klubu da Tadiçlə maraqlanırdı.