RU

UNEP: "119 ölkə biomüxtəliflik üzrə milli hədəflərini təqdim edib"

Image

119 ölkə su ilə birbaşa əlaqəli olan biomüxtəliflik üzrə milli hədəflərini təqdim edib. Trend xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin müavini və BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnqer Andersen COP29 çərçivəsində "Su Gününün qeyd edilməsi: İqlim, təbiət və insanlar üçün xilasedici halqa" adlı yüksək səviyyəli tədbirdə bildirib.

"Bu ilin fevralında keçirilmiş BMT-nin Ətraf Mühit üzrə 6-cı Assambleyasında su siyasətinin gücləndirilməsi və su ehtiyatlarının idarə edilməsi təşəbbüslərinin artırılmasına yönəlmiş qətnamə qəbul edilib. Verilmiş milli müəyyən edilmiş töhfələrin (NDC) 90 faizindən çoxu su ilə bağlı mühüm elementləri əhatə edir ki, bu da müsbət haldır.

119 ölkə artıq biomüxtəliflik üzrə milli hədəflərini təqdim edib. Lakin acı həqiqət budur ki, bu öhdəliklər nə maliyyələşmə, nə də fəaliyyət və ya kompleks yanaşmalar baxımından yerinə yetirilmir. Məhz buna görə Su üzrə Bakı Dialoqu belə böyük əhəmiyyət kəsb edir. Biz daha sürətlə hərəkət etməli və sektoral yanaşmadan ümumi iqtisadi yanaşmaya keçməliyik", – deyə İ.Andersen vurğulayıb.

Onun sözlərinə görə, şəhər infrastrukturuna, kənd təsərrüfatına, suyun istifadəsinə və saxlanmasına, həmçinin təbii su anbarlarına yenidən baxılmalıdır.

"Biz institusional öhdəliklər və investisiyalarla uyğunlaşdırılmış konkret fəaliyyət proqramına malik olmalıyıq. Hələ də yanlış yerlərdə infrastruktur layihələrinə sərmayə qoymağa davam edirik, çayları kanallaşdıraraq onları yüksək su səviyyələrində "nəfəs alma" imkanından məhrum edirik və keçmişə əsaslanan, gələcəyin proqnozlarına deyil, keçmişə əsaslanan hidroelektrik stansiyalar inşa edirik ", – deyə İ.Andersen bildirib.





Избранный
17
2
baki-xeber.com

3Источники