RU

Aqşin Yenisey: Əfqanıstanın taleyi də, tarixi də qan bağı olmayan etnik burjuanın əlindədir

Türkiyəni də bu hala salmaq istəyirlər

Əfqanıstan torpaqlarında sabitlik və əmin-amanlıq inkişaf eləmiş dövlətlərdəki insan hüquqlarının pozulması kimidir, ikisinə də bu vaxta qədər çox az rast gəlmişik. Bu ölkənin hər daşında, torpağında böyük güclərin körüklədiyi dini qruplaşmaların vəhşətinin izləri var. Qan, göz yaşı, ölüm ölkənin dəyişilməsi xüsusiyyətinə çevrilib. Bu faciələri ortaya çıxaran ən böyük səbəb təhsilin yox səviyyəsində olması, dini fanatizmin və radikallığın kəskin şəkildə əfqan cəmiyyətinə sirayət etməsidir. Təhsilin yox səviyyəsinə düşməsi səbəbindən Əfqanıstan müasir dünyaya inteqrasiya etməkdə çətinlik çəkir.

Əfqanıstan niyə sivil dövlət ola bilmir? Sualını şərh edən şair Aqşin Yenisey “Sherg.az”a açıqlamasında deyib ki, ölkə etnik tərkibcə zəngindir, amma heç bir etnik qrup çoxluğu təşkil edəcək saya sahib deyil. Yəni mərkəzi gücü təmsil edən heç bir etnik baza yoxdur: 

“Sivil dövlət üçün lazım olan mərkəzi etnik güc olmadığından Əfqanıstanı bir mərkəzdən idarə etmək heç vaxt mümkün olmayıb, heç vaxt da mümkün olmayacaq. Çünki ölkənin taleyi də, tarixi də qan bağı olmayan etnik burjuanın əlindədir.  Əfqanıstan ABŞ modeli üzərində qurula bilərmi? Mümkün deyil, birincisi, ABŞ-dan fərqli olaraq təsir zonasındadır, ikincisi, ABŞ-ı quranlar özləriylə yeni qitəyə milli, dini heç bir dəyər aparmamışdılar, üçüncüsü, burada etnik kimliyiylə problem yaradacaq hinduları əvvəlcədən təmizləmişdilər. 
Bu gün Türkiyəni də bu hala salmaq istəyirlər. Atatürkün türk kimliyi üzərində yaratdığı mərkəzi gücə hücumlar buna görədir. Halbuki Atatürkün etdiyi etnik təəssübkeşlik deyil, milli dövlət modelinin ən vacib şərtinin icrasıdır. 
Dövlət qalsın, amma mərkəzi etnik güc olmasın deyənlər gizli Əfqanıstan azarkeşləridir”.
Избранный
10
sherg.az

1Источники