RU

QHT-lərə Dövlət Dəstəyi Agentliyi ilə Keniyanın “SMACHS” təşkilatı arasında Memorandum imzalanıb (FOTO)

Bakı.Trend:

2024-cü il noyabrın 20-də COP29 çərçivəsində Yaşıl ZonadaAzərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına DövlətDəstəyi Agentliyi ilə Keniyanın “SMACHS” təşkilatı arasındaMemorandum imzalanıb.

Trend xəbər verir ki, sənədiQeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçıdirektoru Aygün Əliyeva və “SMACHS Foundation”nun qurucusu ŞarlinRuto (Charlene Ruto) imzalayıblar.

Əməkdaşlıq Memorandumu iki ölkə QHT-ləri arasında əlaqələringücləndirilməsi üçün imkanların yaradılması və birgə səylərinartırılmasını hədəfləyir.

Memorandum imzalandıqdan sonra “SMACHS” təşkilatının təqdimatıkeçirilib, suallar cavablandırılıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

QHT-lərə
QHT-lərə
QHT-lərə
QHT-lərə
Məqalədə:
Избранный
16
2
az.trend.az

3Источники