RU

Gənclərin NDC-lərin formalaşdırılması prosesinə cəlb olunması olduqca vacibdir – “Care about Climate”in nümayəndəsi

Bakı. Trend:

Gənclərin Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin (NDC)formalaşdırılması prosesinə cəlb olunması olduqca vacibdir.

Trend xəbər verir ki, bubarədə “Care about Climate” təşkilatının nümayəndəsi Heyli KembelCOP29 çərçivəsində keçirilən "Uşaqların və gənclərin NDC 3.0prosesinə fəal cəlb olunması: tərəqqi və nailiyyətlərin icmalı"mövzusunda panel müzakirəsində bildirib.

"Gənclərin NDC-lərin formalaşdırılması prosesinə cəlb olunmasıçox vacibdir, çünki gənclər əhəmiyyətli potensiala malikdir. Bizimanaliz göstərdi ki, gender məsələlərinə və gənclərin iştirakınadaha çox diqqət ayıran ölkələrdə Paris Sazişinin tələblərinə uyğunemissiyaların azaldılması məqsədləri daha tez-tez müəyyənedilir.

Beləliklə, inklüzivlik və daha ambisiyalı nəticələr arasında birəlaqə olduğu aşkar edilmişdir. Bundan əlavə, Çin və ABŞ kimi bəziölkələrdə onların NDC-lərinin 1,5°C səviyyəsinə uyğun olmadığımüşahidə olunur. Həmin sənədlərdə gender məsələlərinə vənəsillərarası əməkdaşlığa əhəmiyyətli diqqət yetirilmir. Butendensiya davam edir", – deyə H.Kembel vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Избранный
19
1
az.trend.az

2Источники