RU

Afrikanın ən soyuq ölkəsi seçildi

Afrika dedikdə ağla gələn ən son şeylərdən biri qardır. Qitənin adı çəkiləndə tez-tez tropik çimərliklərin, səhraların, cəngəlliklərin, safarilərin və qızmar günəş altındakı şəhərlərin təsvirləri görünür. Bununla belə, Afrikada bir neçə yer var ki, orada ilin doğru vaxtında qar görmək şansı gözlənildiyindən qat-qat yüksəkdir və təkcə ən yüksək dağların zirvələrində deyil, “Express” yazır.

Qeyd olunur ki, Afrikanın ən hündür dağı Tanzaniyadakı Kilimancarodur. Bu dağ ekvatorial passat küləkləri və yüksək dağlıq antipassatlar sayəsində digər Afrika dağlarından daha soyuqdur.

Orada temperatur -29o C dərəcəyə düşür, lakin bu, iyundan sentyabr ayına qədər daha tez-tez baş verir, çünki bu zaman cənub yarımkürəsində qış başlayır.

Lakin Cənubi Afrikanın unikal iqlimi və şaxtalı qışları iyun-avqust aylarında Cənub qütbünə yaxın olduğu üçün temperaturu -16o C dərəcə Selsiyə qədər düşür.

Ancaq ən qeyri-adisi Lesotodur. Ölkənin dənizə çıxışı yoxdur və yer üzündə yeganə dövlətdir ki, ərazisinin demək olar ki, hər santimetri dəniz səviyyəsindən 1000 metrdən çox yüksəklikdə yerləşir. Ərazinin xüsusiyyətləri güclü qar yağmasına kömək edir. Ona görə də ölkədə hətta xizək kurortu var.

Almaz Həsənli

Избранный
14
oxumeni.az

1Источники