RU

Azərbaycan qızıl idxalını 46 dəfə artırıb - SƏBƏB

2024-cü ildə Azərbaycanın idxalında ciddi artım müşahidə edilib.

 

Sfera.az xəbər verir ki, bu il idxalın artmasının əsas səbəbi xalis qızıl idxalının artması ilə bağlıdır. Cari ildə ölkəmizdə 2,165 milyard dollar dəyərinə qızıl idxal edilib.

 

Qızıl idxalının ümumi idxalda payı 13 faiz olub. Ötən il qızıl idxalının həcmi 47,5 milyon dollar idi və cəmi idxalın 0,34 faizini təşkil edirdi.

 

Bu il qızıl idxalının artması Dövlət Neft Fondunun alışları ilə bağlıdır. Fond bu ilin ilk 9 ayında 25,2 ton qızıl alıb. Doqquz ay ərzində alınan qızılla birgə Fondun qızıl ehtiyatları 127 tona çatıb.

 

Vasif

Sfera.az

Избранный
6
sfera.az

1Источники