RU

Beyləqanda Yeni Azərbaycan Partiyasının yaradılmasının 32 illiyi qeyd edilib

21 noyabr 2024-cü il tarixdə YAP Beyləqan rayon təşkilatında Yeni Azərbaycan Partiyasının yaradılmasının 32 illiyi qeyd edilib. 

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, dahi şəxsiyyətin xatirəsi ehtiramla yad olunub.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov bildirdi ki, dahi şəxsiyyət Heydər Əliyevin yaradıcısı olduğu, bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin uğurla rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası ötən 32 ildə çətin və şərəfli yol keçib. Yeni Azərbaycan Partiyasının 32 illik tarixi Azərbaycanın dövlət müstəqilliyinin inkişafı tarixidir. 21 noyabr 1992-ci il müasir Azərbaycan tarixinə yazılan unudulmaz tarixi bir gündür. Həmin gün yenicə dövlət müstəqilliyini qazanmış və böyük faciələrlə üzləşmiş Azərbaycan Respublikasının məhv olmaqdan xilasının əsası qoyulub. 2021-ci ilin mart ayının 5-də keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayında qəbul edilən tarixi qərarlar isə ölkəmizin ictimai-siyasi həyatına yeniliklər gətirib, ölkəmizin gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsi baxımından mühüm rol oynayıb.

Çıxış edən Beyləqan Rayon İcra Hakimiyyəti başçısının müavini, Ərazi Partiya Təşkilatının sədri Yeganə Məmmədova bildirdi ki, 21  noyabr 1992-ci ildə Naxçıvan şəhərində 550 nəfər nümayəndənin  iştirakı  ilə Yeni Azərbaycan Partiyası təsis olundu və Ulu Öndər Heydər Əliyev Yeni Azərbaycan Partiyasının sədri seçildi. Ümummilli Lider Heydər Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası qısa müddət ərzində təşkilatlandı, xalqın dəstəyi ilə 1993-cü ildə hakimiyyətə gəldi. Bu xalqın dahi rəhbərə böyük inamının, onun rəhbərlik etdiyi partiyaya dəstəyinin  bariz ifadəsi idi. Yeni Azərbaycan Partiyası yaranmasaydı və Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəlməsəydi ölkəmiz tamamilə fərqli tale yaşayacaqdı. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlməsi Azərbaycanın bəlalardan xilas olmasına gətirib çıxardı. Xaos, anarxiya, iqtisadiyyatda tənəzzül aradan qaldırıldı. İslahatlar həyata keçirildi, separatizimin qarşısı  alındı. Azərbaycanın bu gün ki, inkişafa gəlib çatması üçün  əlverişli mühit yarandı.,

YAP Beyləqan rayon təşkilatının sədr müavini Niyaməddin Əsgərov qeyd etdi ki, bu gün 32 il şərəfli  yol keçən qələbələr partiyası olan Yeni Azərbaycan Partiyası öz sıralarında 730 mindən artıq insanı birləşdirir. Azərbaycanın  müstəqillik  tarixində qazandığı hər bir uğurunda Yeni Azərbaycan Partiyasının öz dəsti xətti, rolu vardır. Yeni Azərbaycan Partiyası 32 il şərəfli yol keçərək  monolitliyini qorudu, gücləndi, öz üstünlüyü, parlaq qələbəsi ilə heç bir seçkidə rəqib tanımadı. Bütün iştirak etdiyi seçkilərdə Yeni Azərbaycan Partiyasının qazandığı qələbə  bir daha ölkə vətəndaşlarının Azərbaycan reallığına  verdiyi qiymət, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətə inamının  ifadəsidir. Məhz bu gün sevinirik ki, Ulu Öndər Heydər Əliyevin  ideyaları yaşayır, qalib gəlir.

Araz qəsəbə Ərazi Partiya Təşkilatının sədri Zaur Qədirov bildirdi ki, Tarixin nadir şəxsiyyətlərindən biri  olan dahi rəhbər Heydər Əliyevin  müdrik, alternativi olmayan  siyasəti bu gün də yaşayır və onun elmi təməllərə söykənən inkişaf strategiyası Yeni Azərbaycan Partiyasının  sədri, ölkə Prezidenti cənab İlham  Əliyev tərəfindən yaradıcılıqla və uğurla  davam etdirilir.

Ümummilli Lider Heydər Əliyev ideyalarının qurucusu və davamçısı Prezident İlham  Əliyevin sayəsində Azərbaycan regionun  lider dövlətinə , dünyanın sabit və  sürətlə inkişaf edən ölkələrindən  birinə çevrilib. Bu uğurların əsasında xalqa xidmət etmək məharəti dayanır. Azərbaycan vətəndaşları dərindən inanır ki, bundan sonrada uzun illər Azərbaycanın uğurları Yeni Azərbaycan Partiyasının  uğurları ilə bağlı olacaqdır. Bunu deməyə əsas verən  vətəndaşların Prezident İlham Əliyevə dərin inamıdır. Bu inama bu  ilin fevral ayında bir daha şahid olduq.

Partiya fəalı Elçin Məmmədov çıxış edərək bildirdi ki, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə gedən son proseslər, həyata keçirilən uğurlu siyasət nəticəsində müasir dünyanın mötəbər beynəlxalq tədbirlərindən olan COP29-un Bakıda keçirilməsi beynəlxalq birliyin ölkəmizə verdiyi önəm və Azərbaycanın bir dövlət olaraq siyasi nüfuzunun göstəricisidir.

Tədbirin sonunda bir qrup gəncə yeni partiya vəsiqələri, bir qrup gəncə isə Rayon təşkilatının ictimai siyasi həyatında fəal iştirakına görə Təşəkkürnamə təqdim edildi.

Избранный
10
yeniazerbaycan.com

1Источники