RU

ABŞ rəsmisi: "Bakı Dialoqu su problemlərinə cavab vermək üçün konkret addımlar təqdim edə bilər"


Amerika Birləşmiş Ştatları (ABŞ) Azərbaycanın sədrliyi ilə su məsələlərinin siyasi gündəmdə yüksək səviyyədə saxlanması və bu dialoqun təşəbbüs kimi irəli sürülməsi istiqamətindəki səyləri yüksək qiymətləndirir.

AZXEBER.COM xəbər verir ki, bunu ABŞ-ın daxili işlər nazirinin müavini vəzifəsini icra edən Lora Deniel-Devis COP29 çərçivəsində keçirilən \"İqlim, təbiət və insanlar üçün suyun həyat xəttini qeyd edirik” adlı tədbirdə bildirib.

O, su ilə bağlı prioritetlərin müəyyən edilməsinə yönəlmiş bütün hökumət səylərini və ikitərəfli təşəbbüsləri dəstəkləyən mühüm sənədlərin mövcudluğunu vurğulayıb: \"Bu sənədlər arasında 2014-cü ildə Konqresin tələb etdiyi, 2017-ci ildə qəbul edilən və 2022-ci ildə Biden-Harris administrasiyası tərəfindən yenilənən Qlobal Su Strategiyası, eləcə də 2022-ci ildə təqdim edilmiş Qlobal Su Təhlükəsizliyi üzrə Ağ Ev Fəaliyyət Planı xüsusi əhəmiyyət kəsb edir”.

2023-cü il BMT Su Konfransına toxunan ABŞ rəsmisi, bu tədbirin su problemlərinin həlli üçün mühüm dönüş nöqtəsi olduğunu bildirib: \"40 ildən sonra ilk dəfə dünya miqyasında su problemləri və onların həlli yolları geniş şəkildə müzakirə edildi. ABŞ Azərbaycanın sədrliyi ilə bu prosesin davam etdirilməsini, su məsələlərinin siyasi gündəmdə yüksək səviyyədə saxlanmasını və bu dialoqun təşəbbüs kimi irəli sürülməsini yüksək qiymətləndirir”.

L. Deniel-Devis Bakı Su Dialoqunun əhəmiyyətini də xüsusi vurğulayıb. Onun sözlərinə görə, bu platforma yalnız texniki həll yollarının tapılması üçün deyil, həm də su məsələlərinə yüksək səviyyədə diqqətin saxlanılması üçün mühüm rol oynayır.

\"Qarşıdan gələn BMT Su Konfransı çərçivəsində, həmsədrlər Birləşmiş Ərəb Əmirlikləri və Seneqalın rəhbərliyi ilə Bakı Su Dialoqu su problemlərinə cavab vermək üçün daha yaxşı hazırlıq və konkret addımlar təqdim edə bilər”, - deyə o qeyd edib.
Избранный
7
2
azxeber.com

3Источники