RU

COP29-un doqquzuncu günü daşınan sərnişinlərin sayı açıqlanıb

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı tədbir üçün xüsusi təşkil olunmuş avtobuslarla daşmalar üzrə göstəricilər açıqlanıb.

Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, COP29-da iştirak edən qonaqların rahat və təhlükəsiz daşınması COP29 Azərbaycan Əməliyyat Şirkəti, DİN və AYNA tərəfindən birgə təmin edilir.

"Bu məqsədlə təşkil edilmiş 18 nəqliyyat mübadilə mərkəzindən ötən gün 45570 sərnişin daşınıb. Sərnişinlərin daşınması ödənişsiz həyata keçirilir.

COP29-un keçirildiyi 9 gün ərzində daşımalar beynəlxalq meyarlara uyğun ən yüksək səviyyədə təşkil edilib və ümumilikdə 378 minə yaxın sərnişinə xidmət göstərilib",- qurumdan əlavə edilib.

Избранный
30
17
fins.az

10Источники