Rusiya ordusu bu gün səhər Ukraynanın Dnepr şəhərini raket atəşinə tutub.
Titul.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ukrayna Silahlı Qüvvələrinin Hava Qüvvələri öz teleqram kanalında yayıb.
Məlumata görə, atəş zamanı Rusiya ordusu Ukrayna ərazisinə ilk dəfə “Rubej” qitələrarası ballistik raketi atıb.
Sözügedən raketin Həştərxan vilayətindən buraxıldığı qeyd olunub. Bununla yanaşı, rusiyalı hərbçilərin Dneprə Tambov vilayətindən “MiQ-31K” qırıcıları ilə “Kinjal” raketləri, eləcə də “Ту-95МС” vasitəsilə yeddi ədəd “Х-101” qanadlı raketləri atdığı bildirilib.
Hücum nəticəsində tələfat və dağıntının olması barədə məlumat daxil olmayıb.
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!