RU

Azərbaycanın meyvə-tərəvəz idxalı artıb, ixracı azalıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 218 milyon 348 min ABŞ dolları dəyərində 287 min 878 ton meyvə-tərəvəz idxal edib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 40 milyon 455 min ABŞ dolları ( 22,7%), miqdar baxımından isə 13 min 820 ton (5,04%) çoxdur.

10 ayda meyvə-tərəvəz idxalı ölkənin ümumi idxalının 1.31%-ni təşkil edib.

Həmçinin bu dövrdə Azərbaycan 535 milyon 026 min ABŞ dolları dəyərində 515 min 707 ton meyvə-tərəvəz ixrac edib.

Bu isə illik müqayisədə dəyər baxımından 9 milyon 407 min ABŞ dolları (1,7%), miqdar baxımından isə 22 min 54 ton (4,1%) azdır.

10 ayda meyvə-tərəvəz ixracı ölkənin ümumi ixracının 2.35%-ni təşkil edib.

Избранный
1
1
kommersant.az

2Источники