RU

Pakistanda mülki avtomobillərə silahlı hücum! 38 nəfər həlak olub



Pakistanın Hayber Paxtunxva əyalətinin Kurram bölgəsində 3 avtomobilə silahlı hücum nəticəsində 38 nəfər həyatını itirib.
Pakistanda mülki avtomobillərə silahlı hücum edilib. Hayber Paxtunxva əyalətinin Kurram bölgəsində 3 avtomobilə edilən hücumda 38 nəfər həyatını itirib, çox sayda insan yaralanıb. Polisin bildirdiyinə görə, hücumçular Paraçinar şəhərindən əyalətin paytaxtı Pişəvərə gedərkən avtomat silahlarla maşınları hədəf alıblar. Bildirilib ki, hücumun səbəbi hələlik bəlli deyil.
Hayber Paxtunxva rəsmiləri təhlükəsizlik qüvvələrinin bölgəyə göndərildiyini və hücum edənlərin axtarışına order verildiyini bildirib.

Kurram son aylarda məzhəblərarası zorakılıqlara səhnə olub. Sentyabr ayında baş verən hücumda 60 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.

aia.az
Tərcümə şöbəsi



Избранный
7
aia.az

1Источники