RU

Oktyabrda ixrac olunan qeyri-neft məhsullarının dəyəri 23 faizdən çox artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın qeyri-neft məhsullarının ixracının dəyəri 2 807,5 mln. ABŞ dolları təşkil edib. Bu, 2023-cü ilin analoji dövrü ilə müqayisədə 3,5 faiz çoxdur.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) verilən məlumata görə, təkcə cari ilin oktyabr ayında ixrac olunan qeyri-neft məhsullarının dəyəri 342,4 mln. ABŞ dollarından çox təşkil edib ki, bu da illik ifadədə 23,1 faizlik artım deməkdir.

Qeyd edək ki, 2023-cü ildə Azərbaycandan 3,348 mlrd. ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac olunub. Nəticədə qeyri-neft ixracının dəyərində tarixi maksimum qeydə alınıb.

Избранный
6
2
vergiler.az

3Источники