RU

Qədim Quran əlyazmasında gizli mətn tapıldı

Əbu-Dabidəki Zayed Milli Muzeyinin mütəxəssisləri min ildən çox əvvəl yaradılmış və İslam incəsənətinin ən böyük əsərlərindən biri sayılan qədim əlyazma olan "Mavi Quran" adlanan kitabda gizli mətn tapıblar.

SeherXeber.org BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə Əmirliyin WAM xəbər agentliyi məlumat yayıb.

Mavi Quran 9-cu əsrin sonu ilə 10-cu əsrin əvvəlləri arasındakı dövrə aiddir. Əlyazmanın dəqiq mənşəyi məlum deyil. Çox güman ki, Tunisdə, Əndəlüsdə və ya müasir İraq ərazisində hazırlanmışdır. Əlyazmanı təşkil edən 600 vərəqdən yüzdən çoxu günümüzə qədər gəlib çatmayıb.

Onların bəziləri şəxsi kolleksiyaçılarda, digərləri isə dünyanın müxtəlif ölkələrinin muzeylərindədir. Zayed Milli Muzeyində Mavi Quranın beş səhifəsi saxlanılır.

Mütəxəssislər qədim perqamenti (kağız icad olunana qədər üstünə yazı yazılan heyvan dərisi) görünən işıqda fərqlənməyən detalları üzə çıxaran spektrzonal fotoqrafiyaya məruz qoyublar. Məlum olub ki, məharətlə çəkilmiş təsvirin altında vərəqlərdən birində "Nisa" surəsinin bir parçası gizlənib.

Muzey hesab edir ki, bu yolla əlyazmanı yaradanlar xəttatın buraxdığı səhvi gizlətməyə çalışıblar. Perqamentin qiyməti baha olduğundan zədələnmiş vərəqi ata bilməyiblər.

Избранный
8
4
seherxeber.org

5Источники