RU

Fırtınadan öncəki SAKİTLİK – Rusiya Ukraynanın raket zərbələrinə necə REAKSİYA VERƏCƏK?

Ukrayna Silahlı Qüvvələri ilk dəfə olaraq Britaniyanın “Storm Shadow” raketləri ilə Rusiyaya zərbələr endirib.

“Bloomberg”in məlumatına görə, Kursk vilayəti uzaqmənzilli raketlərlə hücuma məruz qalıb. Qeyd olunur ki, bölgə üzrə 12-yə qədər raket atılıb.

Qeyd edək ki, daha əvvəl ABŞ-nin hazırkı prezidenti Co Baydenin administrasiyası Rusiyaya zərbələr endirmək üçün uzaqmənzilli “Storm Shadow” raketlərindən istifadəni təsdiqləyib.

Beləliklə görünən odur ki, Ukrayna həm ABŞ, həm də Britaniya raketləri ilə Rusiyanın dərinliklərini vurdu. Kreml isə hələlik ciddi reaksiya vermir.

Bu, fırtınadan öncəki sakitlikdir?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Elşən Mirzəoğlu bildirir ki, Rusiyanın yaranmış vəziyyətdə cavabı kifayət qədər sarsıdıcı və adekvat olacaq:

“Bayden iqtidarı münaqişə tərəfləri arasında eskalasiyanın daha da gücləndirilməsi və əslində Trampın sülh danışıqlarının əngəlləməsi üçün bu addımı atdı. O həmçininiki ay sonra baş verə biləcək müdhiş hadisələrə görə hüquqi məsuliyyət daşımayacağını düşünür.

Burada əslində digər məqsədlər də var. Belə ki, Trampın sülhyaratma əzmi ABŞ hərbi sənaye kompleksinin maraqlarına cavab vermir. Silah istehsalı və satışı ilə bağlı şirkətlər Bayden administrasiyasının həmin qərarı üçün yaxşı pullar vəd ediblər. Digər tərəfdən, Rusiyanın dərinliklərinə endirilən zərbələrin bu ölkənin ictimai rəyində Qərbin xeyrinə dəyişikliklər yaradacağına ümid edən dairələr Putini danışıqlar masasına dəvət etmək və Qərb, habelə Ukrayna üçün əlverişlı şərtlərlə sülhün əldə edilməsinə nail olmaq istəyirlər.

Baş verənlər fonunda “Bloomberg” agentliyinin Türkiyə Prezidenti Ərdoğanın təşəbbüsü ilə tərəflər arasında hərbi əməliyyatların indiki təmas xətlərində dayandırılması və Türkiyə qoşunlarının sülhyaratma qüvvələri kimi bölgəyə yerləşdirilməsi ilə bağlı xəbərləri yayımlaması da təsadüfi deyil. Türkiyənin tərəflər arasında danışıqlarda artıq vasitəçilik etməsi və etibar qazanması ampulasında bu məlumat doğru təsir bağışlaya bilər. Lakin Putin Kursk vilayətinin Ukraynanın nəzarəti altında qaldığı şəraitdə belə bir təklifi qəbul etməz”.

“Hücumu NATO mütəxəssisləri təşkil edib”

Müsahibimiz Rusiyaya endirilən zərbələrin Ukrayna deyil, NATO mütəxəssisləri tərəfindən reallaşdırıldığını düşünür:

“Ukraynada belə silahların idarə edilməsi üçün bacarıqlar yoxdur. Digər tərəfdən həmin raketlər kosmosdan peyklər vasitəsilə idarə olunur. Bunu isə, ABŞ və Böyük Britaniya edə bilər.

Bu hücumların davam etməsi NATO üzvü olan Avropa dövlətlərini Rusiyanın nüvə silahlarının hədəfinə çevirə bilər. Almaniya bunu bilir, ona görə də özünün “Taurus” uzaqmənzilli raketlərindən istifadə etmək üçün Ukraynaya icazə vermir. Çünki Britaniya və Fransadan fərqli olaraq onun nüvə silahı yoxdur”.

Rusiyanın cavabına gəlincə...

“Bu cavab adekvat və kifayət qədər sarsıdıcı olacaq. Rusiya bunu nüvə silahlarına dair doktrinanın yeni mətnini qəbul etməklə nümayiş etdirdi”.

Избранный
74
50
turkustan.az

10Источники