RU

Elvin əsəbiləşib, efiri tərk etdi

Müğənni Elvin Mirzəzadə ilə aparıcı Zümrüd Bədəlova arasında gərginlik yaşanıb. 

OLAY yazır ki, hadisə ifaçının qonaq olduğu “Gün ortası” verilişində baş verib. 

Proqramın aparıcısı Zümrüd Elvindən dağılan ailəsi ilə bağlı sual ünvanlayıb. Bu isə müğənnin xoşuna gəlməyib.

Z.Bədəlova “Elvin küsdü məndən. Daha danışmayacaq. Mən eşitdiyim şaiyələrə deyirəm ki, artıq bunları bağlasınlar, belə şeylər haqqında dnaışmasınlar və məndən də soruşmasınlar. Sən gündəmdə olan adamsan” sözlərini dilə gətirib.

Elvin isə cavab olaraq “Şaiyə danışan insanlar… Nöqtə qoymaq mənim özəl həyatımdır. Bil ildən çoxdur ki… Mən başa düşmədim ki, mövzu hit musiqidən necə hərlənib, fırlanıb şəxsi həyata keçdi. Zümrüd sən elə danışırsan ki, elə bil haqqımda faciəli və dəhşətli söhbətlər gəzir. Başına dönüm Zümrüd, sənə bir dost kimi hörmətim sonsuz, xətrin əzizdir. Açdığınız bu mövzu yaxşı deyil” fikirlərini səsləndirib.

E.Mirzəzadə çıxışını bitirdikdən sonra ayağa qalxaraq studiyanı tərk edib.

Qeyd edək ki, Elvin iki il əvvəl mart ayında Aysel adlı xanımla ailə qurub. İfaçı bir il sonra boşandığını açıqlayıb. 

Избранный
33
1
olay.az

2Источники