RU

Salyanda bataqlıqda qalmış leylək xilas edilib - FOTO

Salyan sakini bataqlıqda qalan leyləyi xilas edib.

Leyləyi düşdüyü bataqlıqdan çıxaran rayonun Sarvan kəndinin sakini Nicat Xəlilov ona qulluq etdikdən sonra yenidən təbiətə buraxıb.

Nicat Xəlilov bildirib ki, o, tez-tez leylək quşlarının endiyi əraziyə gedərək onlara tamaşa edir. “Günorta saatlarında, yenə həmin yerə getdim. Ərazidə 200-ə yaxın leylək var idi. Onları seyr edəndə, bir quşun dəstədən xeyli aralıda bataqlıqda qaldığını, nə qədər çırpınsa da, oradan çıxa bilmədiyini gördüm. Tez ora yaxınlaşıb onu kənara çıxartdım. Sonra həyətə gətirərək təmizlədim və yenidən leylək dəstəsinin olduğu əraziyə buraxdım”, - deyə kənd sakini əlavə edib.

Onun sözlərinə görə, hər il bu əraziyə mövsüm zamanı leyləklər gəlir, bir müddət qaldıqdan sonra yenidən köç edirlər.





Mənbə: qafqazinfo.az

Избранный
5
3
qafqazinfo.az

4Источники