RU

Faydasını bilənlər qiymətini soruşmadan alırlar: Təbiətdə təbii yetişən əzgilin  faydaları o qədərdir ki...

Faydasını Faydasını bilənlər qiymətini soruşmadan alırlar: Təbiətdə təbii yetişən əzgilin

Noyabr ayından toplanmağa başlayan və qış aylarında istehlak edilən əzgilin faydalarını bilənlər tələbat göstərməyə başlayıb.

E-saglam.az xəbər verir ki, qaraciyərdən toksinlərin bədəndən çıxarılmasını dəstəkləyir, astma və bronxit kimi tənəffüs yoluxucu xəstəliklərə yaxşı təsir göstərir.

Əzgil, böyrəkləri təmizləməklə yanaşı, bədəndəki ödemləri də aradan qaldırır. Onun meyvələri və toxumları, çay şəklində istifadə edildikdə, arıqlamağa kömək edir. Əzgil toxumu çayı, bədəndəki yağların sürətli şəkildə yanmasını təmin edərək, pəhriz saxlayanlar üçün effektiv və təbii bir vasitədir. Təzə əzgil daha çox fayda verir və pəhrizdəki insanlara kömək edir. 

Tərkibində çoxlu A və C vitaminləri var. Yəni qış aylarında yeyilə bilən meyvədir. Ağız və boğazdakı bakteriyaları təmizləyir.

Anemiyanın kompleks müalicəsinə çox yaxşı kömək edir, sidikqovucudur, immun sisteminin sağlam fəaliyyətini təmin edir. 

Meyvələrin tərkibində şəkərlər, turşular (əsasən alma turşusu), dabbaq maddələri, azotlu maddələr, pektin, karbohidratlar, həmçinin müxtəlif vitaminlər (A, C, B1, B2, B3, B6, B9), mikroelementlər (kalium, kalsium, dəmir, maqnezium, yod, fosfor, natrium, selen, sink), fitonsidlər, dabbaq maddələri var. 100 qram meyvənin kaloriliyi 53 kilokaloridir.

Müntəzəm istifadəsi mərkəzi sinir sistemi üçün çox faydalıdır. Qan dövranını sürətləndirdiyi üçün beynin daha nizamlı olaraq oksigen almasına kömək edir. Beləliklə, zehni fəaliyyətə və yaddaşa müsbət təsir göstərir.

Güclü antioksidant və büzücü təsir göstərdiyi üçün ağızda yaranan yaraların daha tez sağalmasına kömək edir.

Satıcıların sözlərinə görə, çox faydalı meyvə olsa da, layiq olduğu qiyməti almır. Qocalar bunun əhəmiyyətini bilirlər və görən kimi dərhal gəlib alırlar. 

Könül Oruc

E-saglam.az

Избранный
2
e-saglam.az

1Источники