RU

Sahil Babayev: "1 qəpik sığorta ödəməyibsə, pensiya sisteminə girə bilməz"

"Sosial cəhətdən az pensiya alan şəxslərimizin minimum pensiyasını artırmaqla onların ödənişlərini ciddi şəkildə artırırıq. Təxminən 300 min aşağı gəlirli pensiyaçımıza sırf sosial sığorta üzərində pensiya ödəsəydik, onlar 110 manatdan yuxarı pensiya almayacaqdılar. Amma onlara minimum pensiya olaraq 280 manat ödənilir, növbəti ildə artım olacaq".




Referans.az" target="_blank">Referans.azxəbər verir ki, bunu Milli Məclisin iki komitəsinin birgə iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. Nazir bildirib ki, çox böyük sosial sığorta stajı amnistiyası qəbul edilib:




"Cəmi 1 qəpik sosial sığorta ödənişi olan şəxsə minimum pensiyanı ödəyirik. Bu gün pensiya kapitalının artımı heç kimin yolunu kəsmir. İşlədiyi dövrdə bir qəpik sosial sığorta ödənişi olan adam pensiya sisteminə daxil olur. Vətəndaş heç bir zaman işləməyibsə, 1 qəpik sosial sığorta ödəməyibsə, o şəxslərin pensiya sisteminə girməsinə icazə vermək olmaz".
Избранный
7
19
referans.az

10Источники