RU

Çin Xarici İşlər Nazirliyi: ABŞ nüvə silahının rolunu artırıb və hərbi qarşıdurmanı gücləndirib



ABŞ milli təhlükəsizlik siyasətində nüvə silahının rolunu gücləndirib, bu da nüvə risklərini artırıb və hərbi qarşıdurmanın artmasına səbəb olub. Bu sözləri Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Cian brifinqdə deyib.
O qeyd edib ki, son illər ABŞ nüvə triadasını modernləşdirməyə davam edib, milli təhlükəsizlik siyasətində nüvə silahının əhəmiyyətini artırıb və çəkindirmə mexanizmlərini gücləndirərək, onların müttəfiqləri ilə bölüşdürülməsini genişləndirib.
Daha əvvəl Pentaqonun Strateji Komandanlığının sözçüsü Tomas Byukanan bildirmişdi ki, Vaşinqton ABŞ üçün “ən məqbul” şərtlərlə bu baş verərsə, nüvə zərbələri mübadiləsi imkanını qəbul edir.

aia.az
Tərcümə şöbəsi



Избранный
7
aia.az

1Источники