RU

Avropa Kids” Tədris Mərkəzində uşaqlara sevgi sonsuzdur -Fotolar



Xalqın, dövlətin ən qiymətli sərvəti uşaqlardır. Uşaqlar dövlətin gələcəyi, dövlətin möhkəmliyidir. Bu səbəbdən tarixən hər bir dövlət və cəmiyyət gələcəyi olan uşaqların qayğısına qalmağı, onların fiziki və mənəvi cəhətdən böyüməsini təmin etməyi özünün ən ümdə vəzifələrindən biri hesab edib. Respublikamızda da bu mühüm məsələyə daim diqqət və qayğı ilə yanaşılır. Uşaqlar, ailənin, cəmiyyətin, dövlətin və ən nəhayətində dünyanın gələcəyidir. Onların fiziki, əqli sağlamlığı valideynlərin hər zaman diqqətində olmalı və insanlar sağlam nəsil, sağlam şəxsiyyət yetişdirmək üçün bütün imkanlardan yaxşı mənada istifadə etməlidir. İstər dövlət, istərsə də özəl, məktəbəqədər uşaq müəssisələri bu baxımdan daha böyük məsuliyyətin daşıyıcsıdır. Ailədən sonra ən doğma məkan olan bu mərkəzlərdə uşaq məktəbə hazırlanmaqla yanaşı həm də böyük Vətən, dövlət, ordu sevgilərini də burda öyrənirlər. Müxtəlif tədbirlər onların hərtərəfli formalaşması üçün ilkin atılan addımlardır və bu addımlar zaman-zaman daha da möhkəmlənir. Belə məktəbəqədər tədris müəssisələrindən biri də Bakının Nərimanov rayonunda fəaliyyət göstərən “Avropa Kids” Tədris Mərkəzidir. Burda atılan hər addım uşaqların gələcəyi üçün nəzərdə tutulub. Mərkəzin rəhbəri Ülkər Hüseyinova və kollektiv keçirilən hər tədbirə xüsusi diqqət göstərir və uşaq yaddaşında qalmasına çalışırlar. Bu günlərdə keçirilən “Qızıl payız” adlı bayram tədbiri isə daha maraqlı oldu. Böyük coşqu ilə qarşılandı. Balaca fidanların ifasında payız fəslini tərənnüm edən mahnı, şeir və rəqslər öz rəngarəngliyi ilə seçildi. Bu bayram bir daha uşaqlarda ana təbiətə qayğı və sevgi hisslərini, onlarda doğma Azərbaycanın füsunkar təbiətinə məhəbbəti gücləndirdi.



Избранный
7
aia.az

1Источники